68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 34

Xəbər verdiyimiz kimi Voronej şəhərində saxlanılan Azərbaycan diasporunun rəhbəri və “Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilovun bir neçə gün öncə azad edildiyinə dair məlumatlar yayılıb.

Globalinfo.az “Bizim.Media”ya istinadla xəbər verir ki, Rusiya məhkəməsi Xəlilovun azad edilməsinə dair məlumatları təkzib edib.

Bildirilib ki, azərbaycanlı iş adamı Yusif Xəlilov barəsindəki həbs qətimkan tədbiri 13 oktyabrda uzadılıb, o, ən azı 15 dekabradək həbsdə qalacaq.

Məhkəmə eyni zamanda sahibkarın gələcək taleyi barədə əlavə məlumata malik olmadığını bildirib:

“Onunla bağlı sonra nə baş verəcək? Bu barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, KİV-də iş adamının azadlığa buraxıldığı və Azərbaycanda olduğuna dair barədə məlumat yayılıb.

***20:37

Sentyabr ayında rüşvət ittihamı ilə saxlanılan azərbaycanəsilli iş adamı Yusif Xəlilov Rusiyanın Voronej şəhərində həbsdən azad edilib.

Globalinfo.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri ona yaxın mənbələrə istinadən məlumat verib.

Məlumata görə, iş adamı hazırda Azərbaycandadır və müəyyən müddətdən sonra Voronejə qayıda bilər.

Qeyd edək ki, Voronejdə “Yardi Superbar” restoranı, “Fort” kafesi və şəhərdə böyük “Alekseyevski” ərzaq bazarının sahibi olan Xəlilova qarşı rüşvət vermək (Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi – 12 ilə qədər həbs ilə cəzalandırılır) maddəsi üzrə ittiham olunub. İstintaqın versiyasına görə, bu ilin əvvəlində iş adamı çağırış komissiyasının üzvü olan dermatoveneroloqa vasitəçi üzərindən 330 000 rubl (7 000 manatdan çox) rüşvət verib ki, oğlunu hərbi xidmətə yararsız elan etsin.

Yusif Xəlilovun vəkili Daniil Drobışev müvəkkilinin cinayət işi ilə bağlı şərh verməkdən imtina edib.

Paylaş: