o7bbIJglv5zFLcYl4it4

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana monitorinq missiyasının göndərilməsi istiqamətində işləri davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında qeyd olunub.

“KTMT-nin son olaraq Minskdə keçirilən iclaslarında erməni tərəfi məsələnin gündəmdən çıxarılmasını xahiş etdi. Şuranın bu istiqamətdə qanun layihəsi və digər tədbirlər üzərində iş davam etdirilir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistana yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: