Ankara İrəvanın təklifini rədd etdi: Mirzoyan kədərləndi

“İrəvan dialoqu” beynəlxalq forumundan iştirak üçün Rusiya və Türkiyə daxil olmaqla bütün tərəfdaşlara dəvət göndərilib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Davit Karapetyan deyib.

O, həmin ölkələrdən heç birinin konfransda iştirak üçün nümayəndə göndərmədiyini bildirib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə xüsusilə rusiyalı həmkarı Sergey Lavrovun konfransa qatılmamasına təəssüfləndiyini deyib:

“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində Rusiya konstruktiv rol oynayır. Lakin bütün ölkələrin maraqları fərqlidir. Moskva 2020-ci ildə vasitəçilik edib müharibənin atəşkəs imzalanması ilə bitməsinə nail olub. Sonralar o rolu ABŞ, Avropa İttifaqı, Fransa və  Almaniya kimi digər dövlətlər davam etdirdi. Lakin biz anlayırıq ki, hər ölkənin öz maraqları var. Bu maraqla isə heç də həmişə Bakı və İrəvanınkı ilə üst-üstə düşmür”.

Ayşən Mustafa
Globalinfo.az