İrəvandan sensasion Qarabağ bəyanatı: iki ifadə diqqət çəkir

Qarabağı Ermənistanın hesabına müdafiə etməyəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Mariya Karapetyan deyib.

“Müxalifət daimi olaraq bizdən Azərbaycana daha sərt cavab verməyimizi istəyir. Fikrimizcə, bu effektiv diplomatiya deyil, çünki Azərbaycanla Ermənistanın bir-birinə müraciəti qarşılıqlı ittihamlara çevrilir. Qarabağın statusu, müxalifətin hazırladığı bəyanatda “republika” ifadəsinin işlədilib-işlədilməməsinə gəlincə isə, Azərbaycanla ərazi mübahisəsi nə İrəvanın, nə də Qarabağ ermənilərinin maraqlarına uyğundur. Əlbəttə, biz Qarabağ ermənilərinin haqları və təhlükəsizliyinin müdafiəsinə sadiqdik, amma bunu Ermənistanın hesabına etməyə hazırlaşmırıq. İrəvan beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi xətti göstərməlidir, çünki biz təkbaşına mövcud problemi həll etmək gücündə deyilik”, – o bildirib.

Qeyd edək ki, dekabrın 2-də Ermənistan Bloku Azərbaycan Milli Məclisinin 8 noyabr bəyanatına cavab bəyanatının qəbulu üçün müzakirələri başlatsa da, iqtidar nümayəndələri bunu dəstəkləməyiblər. İqtidar bəyanatdan “dağlıq qarabağ respublikası” və “Şuşa bəyanatı” kimi ifadələrin çıxarılmasını tələb edib ki, bu da müxalifətdən hökumətə ittihamları artırıb.

İlkin
Globalinfo.az