yerevan irevan ermenistan

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkənin bu ilin sonuna qədər Avropa Birliyinə ixracı 4-5 dəfə artırmaq planı olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə brifinqdə məlumat verib.

Papoyanın sözlərinə görə, müvafiq nazirlik artıq Avropa və Yaxın Şərq üçün ixrac dəstək proqramları hazırlayıb. Buraya sahibkarlara nəqliyyat xərcləri və gömrük rüsumları üçün kompensasiya ödənilməsi daxildir.

O vurğulayıb ki, Avropa Birliyinə ixrac ikiqat artsa da, hakimiyyət orqanları bu sahədə “daha aqressiv siyasət” aparmaq niyyətindədir. Belə ki, İrəvan Avropa bazarına meyvə, tərəvəz və emal olunmuş məhsullar tədarük etməyi planlaşdırır.

Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracındakı çətinlikləri şərh edən rəsmi şəxs parlament seçkilərindən sonra bu məsələlərin tez bir zamanda həll olunacağına ümid etdiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: