
İrəvan Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşü uğurlu hesab edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Teleqram kanalında yazıb.
“Ermənistan da Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər”, – deyə Badalyan qeyd edib.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib.














