“İrəvan Bakıya kommunikasiyaların açılması ilə bağlı təkliflərini Kazanda iki ölkə liderinin görüşündən sonra göndərib və Azərbaycandan cavab gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
Xandanyan Bakıya göndərilən təkliflərin nə olduğunu açıqlamayıb, lakin o, Ermənistan üçün prinsipial məsələnin suverenliyə hörmət olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan da Azərbaycana kommunikasiyaların açılması ilə bağlı təklif göndərdiklərini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az