İrəvandan atışmaların olduğu Zodla bağlı addım

Zod qızıl mədəninin istismarı 1 aya dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan bildirib.

“Əslində, təşkilat işləri ötən payızda dayandırmaq niyyətində idi. Lakin biz danışdıq, işçilərin bu ilin yayına qədər qalmasını və ixtisarların bundan sonra başlamasını tələb etdik. Zod qızıl mədənində işlər yalnız qapalı şəkildə davam etdiriləcək. Atışmalar mədənin qapalı fəaliyyətinə mane olmayacaq”, – o deyib.

Zaira Akifqızı
Globalinfo.az