İrəvandan Araikə göndərilən bağlamanın içində nə olub? – AÇIQLAMA

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş qondarma rejimin Bakıda saxlanılan rəhbərlərinə baş çəkib və onlara Ermənistandan yaxınlarının göndərdiyi bağlamaları çatdırıb. Lakin bağlamalarda separatçılara nələrin göndərildiyi açıqlanmayıb.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Globalinfo.az-a bildirilib ki, aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur.

Qeyd edək ki, bağlamaların Araik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan və Levon Mnatsakanyana gəldiyi deyilir.

Zaira Akifqızı,

Globalinfo.az