İrəvanda silahlı basqın: iki nəfər yaralandı

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Globalinfo.az xəbər verir ki, iki maskalı şəxs səhər saatlarında Arşakunyats prospektində Şenqavit Rayon Məhkəməsinin binası yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Onlar müqavimət göstəriblər, nəticədə iki işçi güllə yarası alıb.

Həmin şəxslər hadisə yerindən qaçıblar və polis onları axtarır.