İrəvanda prokurorun meyiti evində tapılıb – SƏBƏB

1712499968.meyit qadin1

Ermənistanın Geqarkunik vilayətinin keçmiş prokuroru Karen Xaçatryanın meyiti evində tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Onun intihar etdiyi bildirilir.

Bundan başqa, hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyi istisna edilmir.

İntihar faktı ilə cinayət işi başlanılıb.

Hələlik ölüm səbəbilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Xaçatryan ötən il tutduğu vəzifədən azad edilib və təqaüdə çıxıb.

Zaira Akifqızı
Globalinfo.az