Ermənistan Prezidenti Vaaqn Xaçaturyan administrasiyasının qəbul zalında yerləşən və Ağrı dağının təsviri olan tablo artıq yığışdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Bildirilir ki, daha əvvəl dövlət başçısının qəbul zalında Ağrı dağını əks etdirən böyük tablo asılıb. Lakin prezidentin son rəsmi görüşlərindən yayılan fotolarda həmin tablonun yerinin boş olduğu görünür.
Qeyd edək ki, Ağrı dağı Ermənistan üçün mühüm milli simvollardan biri hesab olunur. Son illərdə rəsmi İrəvanın bu simvoldan dövlət atributlarında istifadəsini məhdudlaşdıran bir sıra addımlar atdığı müşahidə edilir. Daha əvvəl Ermənistan hökuməti sərhəd-keçid möhürlərindən də Ağrı dağının təsvirinin çıxarılması barədə qərar qəbul edib. Bu addım ölkə daxilində geniş müzakirələrə səbəb olub.
Əliyar Xəlil