İrəvanda deputatlar arasında əlbəyaxa dava: qadın məmurlar dalaşdı – VİDEO 

Ermənistanda Ağsaqqallar Şurasının üzvləri arasında dava düşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Dava noyabrın 21-də İrəvan Ağsaqqallar Şurasının iclasında Respublika partiyası fraksiyasının rəhbəri Ani Xaçatryan çıxış edərkən düşüb.

Belə ki, Ani Xaçatryan görüş zamanı həmkarının üzərinə su töküb, sonra isə ona hücum edib.

Nəticədə İrəvan meri Tiqran Avinyan bütün mikrofonları söndürməyi əmr edib və canlı yayım dayandırılıb.