“Bu gün Ermənistanı Azərbaycana qarşı dəstəkləyəcək real müttəfiqləri yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Ermənistan regiondakı situasiyaya təsir edə biləcək bütün güc mərkəzləri ilə əlaqələrini kəsib. Söhbət ilk növbədə İran və Rusiyadan gedir. Bununla yanaşı, 2020-ci ildən sonra Ermənistan özü regionda qüvvələr balansını Azərbaycanın lehinə pozur. Yəni İrəvan hansısa hərbi təlim keçirib, silah almır, Azərbaycanda isə bu proseslər davamlı xarakter daşıyır. Bir sözlə, Azərbaycan hazırlaşır, Ermənistan isə yox”, – o bildirib.
Melkonyan Ermənistan hakimiyyətinin hazırkı gündəminin Türkiyə və Azərbaycanın xeyrinə formalaşdırıldığını söyləyib.
İlkin Həsənov
Globalinfo.az