pasinyan

Ermənistan Rusiya ilə münasibətlərin hazırkı səviyyəsindən razı deyil.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı keçmiş səfiri Lin Treysi Senatdakı dinləmələr zamanı deyib.

“Yenə Rusiya mövzusuna toxunuram. Ermənilər özləri də deyirlər ki, onların Rusiya ilə əvvəlki və indiki münasibətləri Ermənistanın müasir tələblərinə uyğun deyil. Hesab edirəm, biz – ABŞ və Ermənistan növbəti mərhələdəyik. Biz Ermənistana necə kömək etməklə bağlı danışıqlar aparırıq”, – o bildirib.

O, Ermənistanın təhlükəsizlik sferasında Rusiyanın oynadığı rolun böyük olmasına diqqət çəkib və ABŞ-nin buna diqqət etməli olduğunu qeyd edib.

İlkin
Globalinfo.az

Paylaş: