İrəvan rəsmisindən sülh açıqlaması: “Bu tarixdə imzalana bilər”

“Kişinyovda sərhədin delimitasiyası ilə bağlı müəyyən irəliləyiş əldə etmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

A.Qriqoryan sülh prosesi çərçivəsində keçirilən görüşlərdən söz açıb:

“Bütün məsələlər vacibdir və bir-birilə əlaqəlidir. Məsələn, bütün əsirlərin qarşılıqlı azadlığa buraxılaşacağı halda, humanitar məsələlərdə irəliləyiş arta bilər. Hazırda intensiv danışıqlar aparılır. Belə davam edərsə, ilin sonuna kimi sülh sazişinin imzalanması mümkün olacaq”.

Qeyd edək ki, iyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az