Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısına Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
QMİ sədri bildirib ki, Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib.
***10:47
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qazılığının fəaliyyəti bərpa edilir.
Globalinfo.az xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasında iclası keçirilir.
Bildirilib ki, İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək.