ermeni ordusu uz foto

Ermənistan ordusunda əsgərlərin ard-arda ölümü ictimaiyyəti çox qəzəbləndirir. Son olaraq ötən gün yük avtomobilinin əsgərləri vurması, həmçinin öncəki müddətdə gələn intihar xəbərləri, hərbi hissələrdə cəsədlərin aşkarlanması cəmiyyətdə narazılığı artırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, belə hadisələr müdafiə naziri Suren Papikyana qarşı istefa çağırışlarını artırır:

“Avqustun 20-də bir sürücünün yük avtomobilini əsgərlərin üzərinə sürməsi, nəticədə ölən və yaralananların olması Papikyanın sonunu gətirə bilər. Nazirə qarşı Müdafiə Nazirliyi və hərbçilər arasında da ciddi narazılıq var. Çünki onun bu mürəkkəb vəziyyəti idarə edə bilmədiyi düşünülür. Ötən gün baş verən hadisədə zərər çəkən hərbçilərdən birinin valideyni nazirliyi məhkəməyə verməyə hazırlaşır”.

Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyanın da Suren Papikyanın fəaliyyətindən narazı olduğu, onu vəzifəsindən azad etməyi düşündüyünə dair məlumat yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: