1660035534 irevan

Ermənistan hökuməti kilsəyə qarşı yeni provokasiya hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

“Bu provokasiyanın təşkilatçısı özünün hökumətyönlü mövqeyi ilə məşhur olan keşiş Ter Saak Qalstyan olacaq. Onlar sentyabrın 14-nə qədər Üçmüədzində Erməni Qriqoryan Kilsəsinin lideri II Qaregenin vəzifəsindən uzaqlaşması üçün mitinq keçirəcəklər. Heç bir şübhə yoxdur ki, bu mitinqin keçirilməsinin arxasında hökumət dayanır”, – qəzet bildirib.

Nəşrin iddiasına görə, İrəvan hökumət bunu “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyanın sentyabra planlaşdırılan kütləvi etiraz aksiyalarına görə edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: