img 6540df749d3e85 78830594 69291109

Ermənistan Azərbaycanın narazılığından sonra Arazdəyəndə yerləşən Amerika-Erməni metallurgiya zavodunun Ararata köçürülməsi üçün 3 milyard 500 milyon dram ayırıb.

Globalinfo.az xəbər verir ki, İrəvan sözügedən məbləği 4 il müddətinə köçürmək şərti ilə illik 8 faizlə “GTB Steel” şirkətinə ayırıb.

Qeyd edilib ki, 2023-cü il dekabrın 14-də hökumət Ararat qəsəbəsində polad zavodunun tikintisi üzrə investisiya layihəsinin təsdiq edilməsi və torpaq sahələrinin bağışlanmasına razılıq verilməsi haqqında qərar qəbul edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: