Bakının “sərhəddə görüş” təklifinə İrəvandan CAVAB

Ermənistan Azərbaycana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-ə cavabında qeyd olunur.

“Ermənistan tərəfi hələ də inanır ki, bütün maneələrə baxmayaraq, hələ də iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var. İrəvan bu istiqamətdə iradə nümayiş etdirir. Buna nümunə olaraq Bakıya şərti sərhəddə iki ölkə arasında demarkasiya komissiyalarının iclasının keçirilməsi təklifini irəli sürür”, – Ermənistan XİN-in cavabında deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan XİN Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif edib.

Ayşən Mustafa
Globalinfo.az