İrəvanda gərgin anlar: dörd düz bir səhvi aparır – VİDEO

İrəvanda “Vətən üçün Tavuş” hərəkatının rəhbərliyi ilə hökumət binasının qarşısında aksiya keçirilir.

Globalinfo.az xəbər verir ki,  hazırda “Respublika” meydanına toplaşan etirazçılarla xüsusi xidmət orqanlarının nümayəndələri arasında vəziyyət gərginləşib.

Polis aksiya üçün meydana gələn şəxslərin avtomobillərini ərazidən çıxarır, etirazçılar arasında saxlanılanlar var.

Ermənistanın xüsusi xidmət orqanlarının 4 əməkdaşının revanşist aksiyaçını qaldırıb aparması sosial şəbəkələrdə sürətlə tirajlanır.

Ayşən Mustafa
Globalinfo.az