irevan 98

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası Müdafiə Nazirliyinin ABŞ-la kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin qüvvədə olma müddətinin üçüncü dəfə uzadılması təklifini təsdiqləyib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan bildirib ki, razılaşma ilk dəfə 2000-ci ildə imzalanıb və iki dəfə uzadılıb. Bu dəfə müddətin 2030-cu ilə kimi uzadılması təklif olunur.

Deputatlar müddətin uzadılmasına səs veriblər və məsələni parlementin iclasının gündəliyinə daxil edib.

Paylaş: