Belə getsə, İrəvanda gedişhaqqı manatla olacaq – Etiraz

Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda gedişhaqqının qaldırılması təklif olunur. 

Globalinfo.az xəbər verir ki, martın 12-də məsələ ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi bildirilir.

Nəqliyyatda gedişhaqqının artırılması İrəvanda ciddi narazılığa səbəb olub. Vətəndaşlar layihənin qəbul edilməməsi üçün İrəvan Bələdiyyəsi qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçılarında biri hökumətə və bələdiyyə sədrinə “belə getsə, İrəvanda gedişhaqqı manatla olacaq” sözləri ilə etiraz edib.

Ayşən Mustafa
Globalinfo.az