İraqdan koronavirusla bağlı qərar

İraqda səyahətlə bağlı koronavirus məhdudiyyətləri ləğv edilib.

Globalinfo.az “Report” istinadla xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.

Məlumata görə, koronavirus tədbirləri çərçivəsində sərnişinlərdən peyvənd və ya mənfi PCR testləri tələbi aradan qaldırılıb. Peyvənd və ya COVID-19 pasportu təqdim etmək öhdəliyi artıq yoxdur.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Somali, Efiopiya, Əlcəzair, Rusiya, Livan, Kanada, Mərakeş və Tailand bu tədbirləri ləğv edib.