e2e77e543f6c7c3f5a5f418454668be9

ABŞ-ın İraqın qərbində yerləşən hərbi bazası növbəti raket hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

***20:29

Məlumat görə, aviabazaya 20-dən çox raket atılıb.

Hücuma görə məsuliyyəti Livanın “Hizbullah” hərəkatının və İraqın “Əl-Nucəbə” hərəkatının silahlıları üzərinə götürüb.

***

İraqdakı Ayn əl-Əsəd aviabazasına raket zərbələri endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Zərbələr nəticəsində yaralıların olduğu bildirilir.

Vaşinqtonun açıqlamasına görə, ABŞ hərbi personalı yüngül xəsarətlər alıb, İraq təhlükəsizlik qüvvələrinin əsgəri isə ağır yaralanıb.

İlkin məlumata görə, baza ballistik raketlərlə vurulub.

Əliyar Xəlil,

Globalinfo.az

 

Paylaş: