İraq regionda gərginliyin azaldılması məqsədilə yeni diplomatik təşəbbüslə çıxış edib.
Globalinfo.az xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn İran, İraq və Fars körfəzi ölkələri arasında “Bağdad formatı” çərçivəsində danışıqların yenidən bərpa olunmasını təklif edib.
Nazir həmçinin vurğulayıb ki, İraq həm Tehran, həm də Vaşinqtonla münasibətlərini qoruyub saxlayır. Onun sözlərinə görə, bu amil ölkəyə ABŞ və İran arasında gərginliyin yumşaldılmasında vasitəçi rolunu oynamaq imkanı verir.
İraq rəsmisi qeyd edib ki, Bağdad regionda sabitliyin möhkəmləndirilməsi və diplomatik həll yollarının təşviqində fəal iştirak etməyə hazırdır.
Tahir Turan
Globalinfo.az