“İsrailin İrana cavab zərbəsi ölümcül və gözlənilməz olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O bildirib ki, İranın hücumu aqressiv olsa da, uğur qazanmayıb. Çünki zərbələr qeyri-dəqiq olub.
“Bizim hücumumuz ölümcül, dəqiq və gözlənilməz olacaq. iranlıların nə baş verdiyini anlamağa vaxtları qalmayacaq. Sadəcə nəticələrdən şok yaşayacaqlar”, – deyə Qalant vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az