namaz 1

İranın Xorasan əyalətinin Əsfərain rayon sakinləri etirazçılar tərəfindən yandırılan məsciddə namaz qılıblar. 

Globalinfo.az xəbər verir ki, etirazlar səbəbilə adıçəkilən məscid ciddi ziyan görüb.

Qeyd edək ki, hökumət əleyhinə etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmalara və kütləvi iğtişaşlara çevrilib.

Etirazlar 2025-ci ilin dekabrında İran riyalının devalvasiyası səbəbindən başlayıb. 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışlarından sonra yanvarın 8-dən etibarən etiraz yürüşləri güclənib və həmin vaxtdan etibarən internet bağlantısı dayandırılıb.

İranda bir neçə şəhərdə etirazlar polislə toqquşmalara çevrilib və siyasi sistem əleyhinə şüarlarla müşayiət olunub. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilərin olduğu bildirilib. İran hakimiyyəti ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandıraraq, yanvarın 12-də vəziyyətin nəzarət altına alındığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: