WhatsApp Image 2023 10 15 at 20.54.46

İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Bornea İrana qarşı kəskin mesajla çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Bornea “Mossad”ın əvvəlkindən daha geniş və effektiv imkanlara sahib olduğunu vurğulayıb:

“Bizim indi əvvəlkindən daha bacarıqlı və güclü əməliyyat imkanlarımız var, xüsusən də İran daxilində və hətta Tehranın mərkəzində”.

Bu iddia İranda ciddi rezonans doğurub. Yerli media yazır ki, Borneanın sözləri ölkə ictimaiyyətində narahatlıq yaradıb və təhlükəsizlik qurumlarına yönəlik tənqidlərin artmasına səbəb olub.

Analitiklərə görə, İsrailin bu cür açıq bəyanatı bir neçə məqsəd daşıyır. Onlardan ən əsası İran daxilində ictimai psixoloji təzyiq yaratmaqdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: