“İran bütün dünyaya özünün məğlubedilməz olduğunu sübut edib”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Digər ölkələrin nümayəndələri iranlıların müqavimətinə təəccübləndiklərini bildirir və deyirdilər ki, heç kim İranın bu qədər müqavimət göstərə biləcəyini düşünmürdü. Xarici ölkələrin rəsmiləri mənə deyirdilər ki, siz həm müharibədə, həm də diplomatiyada qələbə qazanmısınız. Fikrimcə, biz həm də mənəviyyat, şərəf və ləyaqət məsələlərində qələbə qazanmışıq.
Son müharibədə silahlı qüvvələrimiz qəhrəmanlıq göstərərək dünyanın ən böyük ordusuna qalib gəldi. Bu, sadəcə şüar deyil, bütün dünya tərəfindən qəbul edilən faktdır. Bu müharibədə İran İslam Respublikası bütün dünyaya güclü və məğlubedilməz dövlət olduğunu sübut etdi”, – deyə Əraqçi qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az