1701860762 zaxarova 2 900x605 1

“Rusiya 2020-ci ildə imzalanan 10 noyabr bəyanatının müddəaları ilə bağlı mövqeyini İrana ətraflı şəkildə çatdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva həmçinin Zəngəzur dəhlizi məsələsində mövqeyini diplomatik kanallarla Tehrana bildirib:

“Rusiyanın region ölkələrinin suverenliyinə hörmətlə bağlı mövqeyində heç bir uyğunsuzluq yoxdur və ola da bilməz. Təkcə region ölkələrinin suverenliyinə deyil, ümumiyyətlə, ölkələrin suverenliyinə hörmət bizim baza prinsipimizdir”.

Paylaş: