İranın yeni təxribatı: Azərbaycanın bu binası hədəfə alınacaq – ŞOK

İran Azərbaycana qarşı növbəti təxribata hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Güney Azərbaycanla bağlı Teleqram kanallarında yayılıb.

Məlumata görə, SEPAH-ın bir qolu sayılan “Hüseyniyyun” qrupu Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu qarşısında aksiya keçirmək niyyətindədir. Qruplaşma aksiya zamanı Azərbaycan diplomatlarının şəhəri tərk etmələrini tələb edəcək.

Qeyd edək ki, Bakının 4 İran diplomatını “arzuolunmaz şəxs” elan etməsindən sonra molla rejiminə yaxın ekspertlər Təbriz Konsulluğunun bağlanması tələbi ilə çıxış ediblər.

“Hüseyniyyun” qruplaşması SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani tərəfindən yaradılıb. Təşkilatın rəhbəri Tohid İbrahimbəylidir. Məhz bu təşkilat Azərbaycandan Suriyaya militan aparılması prosesinin təşkilatçısı olub.

İlkin Həsənov
Globalinfo.az