
“Hazırda Rusiya və ABŞ arasında Ukrayna məsələsi ilə bağlı müəyyən yaxınlaşma müşahidə olunur. Beləliklə, İran böhranının yeni qlobal münaiqşə ocağına çevrilməsi gözləniləndir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya məhkəməsi sədrinin keçmiş mətbuat katibi Qor Abramyan deyib.
Onun sözlərinə görə, Çin gözlənilmədən İranın müdafiəçisinə çevrilə bilər:
“Ukrayna münaqişəsindən sonra Vaşinqtonun diqqətini adı çəkilən bu iki ölkəyə yönəldəcəyi bildirilir. Nəticə olaraq isə Pekinin Tehran məsələsində aktivləşməsi müşahidə olunur. ABŞ Prezidenti Donald Trampın Çin əleyhinə planları səbəbindən rəsmi Pekin İranı “qırmızı xətt”i olaraq görməyə başlayır və buna dair açıq mesajlar verir.
Bu fonda İran ətrafında cərəyan edən proseslər isə region ölkələrində narahatlıq yaradır. Qeyd olunan çərçivədə Azərbaycanın rolu diqqət çəkir”.
Əliyar Xəlil
Globalinfo.az