reisi ereb

İranla Səudiyyə Ərəbistanı arasında yaxınlaşma prosesi davam edir. İran Prezidenti İbrahim Rəisinin Səudiyyəyə getməsi, orda görüşlər keçirməsi bu baxımdan diqqət çəkir.

Maraqlıdır, Yaxın Şərqin bu iki böyük və arasında ziddiyyət olan ölkəsi HƏMAS-İsrail müharibəsi fonunda sürətlə yaxınlaşa bilərmi? Müharibə onları birləşdirən hədəfdir, yoxsa bunun münasibətlərə heç bir təsiri yoxdur? İran-Səudiyyə yaxınlaşması hara qədər mümkündür? Bu əlaqələr uzunömürlü ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İran və Səudiyyə yaxınlaşması taktiki yaxınlaşmadır, daha çox Çinin təşəbbüsü hesab olunur:

“Yəni bu yaxınlaşmanın möhkəmliyi daha çox Çinin regiondakı təsir gücü ilə ekvivalent olacaq.

kenan rovsenoglu 0

Kənan Rövşənoğlu

Hazırda isə Yaxın Şərqdə yenidən formatlanma gedir, belə demək olarsa. Hər şey bu prosesin sonunda bilinəcək.

Səudiyyə Ərəbistanı son illərdə ABŞ-ın təsirindən çıxaraq çoxvektorlu xarici siyasət aparmağa, ABŞ-ın təsiri altında olan ölkə imicindən imtina etməyə çalışır. Lakin hazırda davam edən HƏMAS-İsrail müharibəsi regionun yenidən şəkilləndirilməsi ilə nəticələnəcək və bu həm də İran və Səudiyyə əlaqələri ilə bağlı əsas mənzərəni göstərəcək. Hələliksə, mart razılaşması ilə başlayan və Qəzza müharibəsi ilə daha da aktuallaşan bir hərəkətlilik var.

Hər iki ölkə taktiki olaraq yaxınlaşmağa çalışır. Ancaq nəzərə almaq lazımdır ki, bu iki ölkə həm də regionda rəqibdirlər”.

Politoloq Tural İsmayılov isə hesab edir ki, hazırda İran-Səudiyyə Ərəbistanı münasibtələrinin normallaşması üçün ciddi bir təşəbbüs var:

tural ismayilov 1

Tural İsmayılov

“Xüsusilə bu yaxınlaşmada maraqlı olan qüvvələr var. Çin bu ölkələrdən ən önəmlisidir. Diqqətçəkən bir məqam isə prosesdə kollektiv Qərbin və ABŞ-ın da maraqlı olmasıdır. Vaşinqton bu yolla İranı yenidən nüvə sazişinə qaytarmaq istəyir. Çünki İranın uranı zəngiləşdirməsi bu ölkəni region üçün potensial təhdid halına gətirir.

ABŞ İran təhdidini aradan qaldırmaq üçün passiv güc siyasətinə əl atır. Səudiyyə Ərəbistanını isə öz siyasi maraqları naminə istifadə edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: