İranın hücumu İsrailin bu planını pozdu – CNN

“İranın zərbələri İsrailin Rafah şəhərinə gözlənilən hücum planını təxirə salıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Rafah şəhərinə qurudan hücuma keçməyə hazırlaşdığı bir vaxtda İranın dron zərbələrinə məruz qalıb.

Beləliklə də, bu, İsraili hazırda bir milyondan çox insanın sığındığı Rafaha hücum etmək planlarından çəkindirib.

CNN mənbələrinin bildirdiyinə görə, İsrail Hərbi Hava Qüvvələri bu gün şəhərin bəzi hissələrinə raket atmağı planlaşdırıb.

Məlumatda o da deyilir ki, baş verənlərə rəğmən İsrail şəhərin cənubundan quru hücumlarına başlamaqda qərarlıdır.

Amma əhalinin şəhərdən təxliyəsinin və quru hücumunun vaxtı bəlli deyil.

Əliyar Xəlil
Globalinfo.az