İranın Haaqadakı səfiri Hollandiya XİN-ə çağırıldı

Hollandiyanın xarici işlər naziri İranın Haaqadakı səfirini çağırmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, hollandiyalı nazir bu barədə özünün “X” sosial platformasında yazıb.

“Mən İranın İsrailə hücumunu pislədiyimizi bildirmək üçün İslam Respublikasının Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, – deyə Slot vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az