İranın Fordo nüvə obyektindəki bu görüntülər heyrətləndirdi

0x0 fordonun son goruntusu ortaya cikti iran nukleer tesisinde kazi ve insaat calismasi 1751092007082

İranın Fordo uran zənginləşdirmə obyektinin yaxınlığında qazıntı işləri qeydə alınıb.

Globalinfo.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə peyk görüntüləri yayımlanıb.

Yayımlanan peyk görüntülərinə əsasən, İranın Fordo uran zənginləşdirmə obyektinin girişləri ətrafında və 🇺🇸 GBU-57 bombalarının kraterlərinə yaxın sahələrdə intensiv qazıntı işləri aparılır.

Bu fəaliyyətlər İranın obyektə daxil olmaq və ərazidə baş verənlərin miqyasını dəqiqləşdirməyə çalışdığını göstərir. Qazıntılar vasitəsilə obyektin strukturuna və mümkün zədələrə dair daha çox məlumat toplanacağı gözlənilir.