İranın dini lideri bayram xütbəsinə silahla çıxdı: Hədəf bu ölkədir!

İranın dini lideri Əli Xamenei Ramazan bayramı xütbəsinə silahla çıxıb. Belə ki, onun xütbə zamanı əlində tutduğu “SVD” snayper tüfəngi diqqət çəkib.

Bəzi ekspertlər hesab edir ki, dini lider bu foto ilə Ramazan bayramından sonra İsrailə müharibə elan edəcəyinin mesajını verir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İranın dini lideri Ayətullah Əli Xameneinin bayram xütbəsi zamanı İsrailə cavab verəcəyi bəlli idi:

“İki ölkə arasında gərginlik davam edir. Real bir müharibə elanı olmasa da vəziyyət müharibəyə yaxın səviyyədədir. Bununla belə mən dini liderin əlində silah tutmasını İranın İsrailə müharibə elan etməsi kimi şərh etməzdim.

Məsələ ondadır ki, silahın İsraillə bir əlaqəsi yoxdur. Ümumilikdə islam dininə görə, Cümə və bayram namazlarının xütbəsində xətibin minbərə silahla çıxması və ya əlində silah olması qaydası var. İran dini liderinin də bir qayda olaraq bayram namazı xütbəsində əlində silah olur. Yəni bu yeni bir şey deyil. Əvvəllər belə hallar olub”.

Turan Rzayev
Globalinfo.az