İran Vətən müharibəsindən sonra mənfi istiqamətdə cəhdlər edib

İranın Azərbaycan daxilində din pərdəsi adı altında gizlənərək təşviqata yön verməsi, təxribatlara cəhd etməsi qəbuledilməzdir və qətiyyətlə pislənilir.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır:

“Bütün hallarda İranın Ermənistanı müdafiə etməsi, ona dəstək verməsi, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin orada gedən proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi yolverilən deyil”.