İranın casus şəbəkəsinin 16 üzvü həbs edildi – FOTO/VİDEO

19:36

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.

Globalinfo.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar aşkarlanıb. Müəyyənləşib ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir.

***

Saxlanılan şəxslər aşağıdakılardır:

S. Məmmədov

R. Rüstəmov

Ə. Əsədullayev

C. Balaşov

V. Pünhanəliyev

V. Fərzəliyev

T. Qasımov

T. Mirişov

M. Mamedov

M. Əhmədov

İ. Həsənov

Ə. Firudunbəyli

M. Fətəliyev

M. Rzayev

Ş. Süleymanov

A. Əliyev

Həmin şəxslərin görüntülərini təqdim edirik: