ABŞ müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn qapalı brifinq zamanı İranın “Şahid” pilotsuz uçuş aparatlarının gözləniləndən daha ciddi təhlükə yaratdığını bildiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata əsasən, brifinqdə qeyd olunub ki, bu tip dronların kütləvi şəkildə tətbiqi hava hücumundan müdafiə sistemləri üçün əlavə çətinlik yaradır və mövcud sistemlər bütün hədəfləri tam şəkildə zərərsizləşdirməyə hər zaman nail olmaya bilər.
Telekanalın iddiasına görə, rəsmilər bu təhlükənin qiymətləndirilməsi və əlavə müdafiə tədbirlərinin görülməsi məsələsini müzakirə ediblər.
Tahir Turan
Globalinfo.az