ABŞ Prezidenti Donald Tramp İranın Xark adasının ABŞ qüvvələri tərəfindən ələ keçiriləcəyini bildirib.
Globalinfo.az-ın xəbərinə görə, o, boru kəmərləri istisna olmaqla, adadakı bütün hədəflərə zərbə endirmək barədə göstəriş verdiyini açıqlayıb.
Tramp bildirib ki, yeni hücumlar bu gün axşam saatlarında həyata keçirilə bilər.
“Biz Xark adasını ələ keçirəcəyik və İran hakimiyyəti bunun qarşısını almaq üçün heç nə edə bilməz”, – deyə Tramp vurğulayıb.
Xark adasında İranın əsas neft ixrac terminalı yerləşir. Ölkənin ixrac etdiyi neftin təxminən 90 faizi məhz bu terminal vasitəsilə dünya bazarlarına çıxarılır.
Xatırladaq ki, ABŞ mart ayında da adaya zərbələr endirib. Hərçənd aprelin 7-dən etibarən Vaşinqton və Tehran arasında atəşkəs rejimi qüvvədə idi. İyun ayında tərəflər münaqişənin tənzimlənməsi ilə bağlı memorandum imzalayaraq yekun razılaşma əldə etmək məqsədilə danışıqlara başlayıblar. Lakin iyulun 7-də Hörmüz boğazında tankerlərə qarşı hücumların yenidən baş verməsindən sonra Tramp atəşkəsin pozulduğunu açıqlayıb. Bundan sonra ABŞ İran ərazisinə bir sıra zərbələr endirib.
Əliyar Xəlil