İranın Bakını hədələdiyi silahına ağır zərbə

ABŞ İranın PUA istehsalı ilə əlaqədar yeni sanksiyalar elan edib.

Globalinfo.az xəbər verir ki, yeni sanksiyalar siyahısına İran və Türkiyənin 4 təşkilatı və 3 vətəndaşı düşüb.

Belə ki, bu qurumlar və şəxslər Tehrana PUA istehsalı üçün Avropadan mühərrik və digər qurğuların tədarükünü həyata keçiriblər.

Vaşinqtonun yeni qara siyahısında İranın Müdafiə Texnologiyaları və Elmi Tədqiqatlar Mərkəzi, onun kommersiya meneceri Amanallah Paydar, Paydarın yaratdığı “Farazan İndustrial Engineering” şirkəti yer alıb. Türkiyədən isə siyahıya Murad Bukey düşüb.

Qeyd edək ki, SEPAH Azərbaycana təhdid məzmunlu videosunda “Şahed” dronalarını nümayiş etdirmişdi.

İlkin Həsənov
Globalinfo.az