İranın zərbələri Yaxın Şərqdə yerləşən ən azı 16 ABŞ hərbi obyektinə ziyan vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN öz araşdırmasına istinadən məlumat yayıb.
“Demək olar ki, İranın zərbələri səkkiz ölkədə yerləşən ən azı 16 ABŞ hərbi obyektinə zərər yetirib. Bu obyektlər ABŞ-ın regiondakı əsas hərbi mövqelərinin böyük hissəsini təşkil edir. Onlardan bəziləri artıq faktiki olaraq istifadəyə yararsız vəziyyətə düşüb”, – telekanal bildirir.
Vəziyyətlə tanış olan amerikalı mənbə qeyd edib ki, ABŞ bazalarında indiyədək belə bir vəziyyət görünməyib. Bu, müasir texnologiyalardan istifadə edilməklə həyata keçirilən sürətli və dəqiq zərbələr idi”, – mənbə vurğulayıb.
ABŞ Konqresindəki başqa bir mənbə isə bildirib ki, radar sistemlərinə dəyən zərər ən ciddi itki hesab olunur. Çünki onlar ABŞ-ın Yaxın Şərqdəki ən bahalı və məhdud sayda hərbi resursları sırasındadır.
Əliyar Xəlil
Globalinfo.az