“Nüvə məsələsi ilə bağlı İran heç bir detallı danışıqlar aparmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O qeyd edib ki, ehtiyac yaranarsa, Tehran bu mövzuda necə davranacağını bilir:
“Danışıqlar “güclü şübhə və qarşılıqlı etimadsızlıq” mühitində başlayıb və mesaj mübadiləsi də bu şəraitdə davam edir.
ABŞ rəsmiləri mövqelərini tez-tez dəyişirlər. Amma Vaşinqton mümkün qədər tez aydın və sabit qərar verməlidir”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın, əsasən nüvə proqramı ilə bağlı məsələləri əhatə etdiyini bildirib və bu mövzunun sənəddə ətraflı şəkildə əks olunduğunu vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az