Bu gün saat 19:00-dan 21:00-dək 3 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Globalinfo.az xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bununla da İrandan Azərbaycana təxliyə olunan Nigeriya vətəndaşlarının sayı 13-ə çatıb.
***19:04
Bu gün 16:00-dan 19:00-dək İndoneziyanın 36, Çinin isə 3 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Globalinfo.az xəbər verir ki, təxliyə olunan İndoneziya vətəndaşlarından 3-ü diplomatdır.
***15:27
İrandan fevralın 28-i saat saat 08:00-dan martın 11-i saat 14:00-dək Azərbaycana 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub.
Globalinfo.az bildirir ki, təxliyə olunanların 394 nəfəri Azərbaycan vətəndaşıdır.
***12:02
İrandan fevralın 28-i saat saat 8:00-dan martın 11-i saat 10:00-dək Azərbaycana 72 ölkənin 2 168 vətəndaşı təxliyə olunub.
Globalinfo.az bildirir ki, təxliyə olunanların 383 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda Çindən 633, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əlcəzair 25, Səudiyyə Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10, Böyük Britaniyadan, Kanadadan 9, Braziliya, Qazaxıstan 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistandan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən,ABŞ, Finlandiya, Niderland hərəsindən 4, Qətər, Filippin, Xorvatiya, Danimarka 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyadan hərəsindən 2, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən 1 vətəndaş Azərbaycana təxliyə olunublar.