iran

İran dövlət televiziyasının aparıcısı canlı yayım zamanı BƏƏ bayrağına atəş açıb.

Globalinfo.az-ın xəbərinə görə, hadisə silahla davranış qaydalarının öyrədildiyi proqram zamanı baş verib.

Aparıcı efirdə tüfəngdən istifadə edərək BƏƏ bayrağını hədəfə alıb.

Qeyd edək ki, İran dövlət televiziyası bir neçə proqram yayımlayıb. Həmin verilişlərdə aparıcılar əllərində silahlarla çıxış ediblər. Onlar yüngül atıcı silahlardan istifadə etməyi öyrəndiklərini və lazım gələrsə, müharibəyə qoşulacaqlarını bildiriblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: