
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai danışıb.
O bunu “sionist rejimin növbəti yalanı” adlandırıb.
Xatırladaq ki, dünən İsrail Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə PUA hücumu olub. Məlumata görə, hücum anında baş nazir və həyat yoldaşı evdə olmayıblar. İsrail Müdafiə Ordusu Livandan İsrail ərazisinə üç PUA göndərildiyini, onlardan ikisinin vurulduğunu, birinin isə Qeysəriyyə bölgəsindəki bir binaya çırpıldığını açıqlayıb.