Bu gün saat 20:00-dan 22:00-dək ümumilikdə 27 nəfər “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, İspaniya və Rusiya Federasiyası vətəndaşları olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
***19:51
Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1249 nəfər təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, təxliyə olunanların 256-sı Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 400 Çin, 249 Rusiya, 105 Tacikistan, 80 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Fransa, 2 Nepal, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
***15:51
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 39 ölkənin 1222 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Globalinfo.az bildirir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 395, Rusiyanın 246, Tacikistanın 101, Pakistanın 80, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Kuba, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
***10:29
Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, təxliyə olunanların 224-ü Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 361 Çin, 246 Rusiya, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.


